“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirinə start verilib
16 noyabr 2023 1049
Dördüncü dəfə təşkil olunan "Raquf Orucov Kuboku" beynəlxalq cüdo turnirinə start verilib.
2016-cı il Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunmuş ənənəvi turnir Azərbaycan Cüdo Federasiyasının (ACF) və "Judo Club 2012" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Bakı İdman Sarayında gerçəkləşən yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Rusiya və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçu iştirak edir.
Yarışın açılış mərasimi saat 15:00-da başlayacaq. Tədbirdə dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.
Qeyd edək ki, ənənəvi turnir 4 illik fasilədən sonra yenidən bərpa edilib. İlk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018 və 2019-cu illərdə də təşkil olunub.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı