Raul Səfərəliyev 14-15 yaşlı yeniyetmələr arasında BƏƏ-nin Fujeira şəhərində Karate1 Youth League turnirinin mükafatçısı olub
26 fevral 2023 1388
Raul Səfərəliyev (-63 kq) 14-15 yaşlı yeniyetmələr arasında Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirinin mükafatçısı olub. Dünya Karate Federasiyasının rəsmi yarışlarına ilk dəfə qatılan perspektivli idmançımız beş döyüşdən dördünü qələbə ilə başa vuraraq nüfuzlu turnirin gümüş medalını qazanıb.
Xatırladaq ki, 23-26 fevral tarixlərində yarışın əvvəlki günləri Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) Cəfərli ikinci pilləni tutub.
Mövsümün ilk Karate1 Youth League turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edir.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Fuceira, BƏƏ. http://az.karate.az/news/1520
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı