Reperin cangüdənləri üçqat Olimpiya çempionu ilə kobud davranıblar
16 fevral 2026 - 11:13 367
Amerikalı reper Snoop Doqqun cangüdənləri ilə sürətli konkisürmə üzrə niderlandlı üçqat Olimpiya çempionu Marianne Timmer arasında toqquşma baş verib.
"Daily Mail" qəzetinin verdiyi məlumata görə, hadisə Snoop Doqq 1000 metrlik yarışı izlədikdən sonra konkisürmə stadionundan çıxarkən baş verib.
Həmin vaxt cangüdənlər müsahibə verən Timmeri kənara itələyiblər. "Mən divara söykənmişdim. Onlardan biri məni daha da divara sıxdı. Mən dedim ki, normal davran, çünki bu, təxminən dörd metr enində böyük bir zaldır. Amma o geri qayıtdı və mən soruşdum ki, nədir, divardan keçməliyəm? O, yenidən mənə hücum etməyə başladı. Sonra mən qəzəblə dedim: “Mən burada Snopp Doqqu yox, Enninq de Bonu gözləyirəm. Onlar məni boynumdan tutub çölə ata bilərdilər", - deyə Timmer qeyd edib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı