Rəvan Həsənov: “Yarışa çox yaxşı hazırlaşmışdıq”
04 oktyabr 2025 - 18:12 509
Biz bu yarışa çox yaxşı hazırlaşmışdıq. Qələbəmiz də yaxşı oldu. Yarış çox yüksək səviyyədə keçirildi. Azarkeşlərin dəstəyi də mənə böyük ruh yüksəkliyi verirdi.
Bunu III MDB Oyunları çərçivəsində keçirilən güləş yarışlarının ikinci günündə qalib gələrək qızıl medal qazanan Azərbaycan güləşçisi Rəvan Həsənov (48 kq) bildirib.
İdmançı məqsədinin gələcək yarışlarda daha yaxşı nəticə əldə etmək olduğunu açıqlayıb.
"Görüşlər və rəqiblər çətin idi. İkinci görüşümdə özbəkistanlı rəqibim məni üstələyirdi, sonda mən qalib gəldim. Üçüncü görüşümdə isə rus idmançı Avropa çempionu idi. Ona da qalib gəldim. Ən sonda isə Belarus idmançısından üstün oldum. Qələbələrimin sayının çox olmasını istəyirəm", - deyə Rəvan Həsənov əlavə edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı