Roman Heydərov dünya çempionatına lisenziya qazanıb
17 oktyabr 2025 - 21:02 531
Azərbaycan Karate Federasiyasının milli komandasının üzvü Heydərov Roman 17-19 oktyabr tarixlərində Fransa paytaxtı Parisdə keçirilən seçim yarışlarında uğurlu çıxış edərək kata proqramı üzrə dünya çempionatına lisenziya qazanıb.
Seçim yarışları qarşıdakı dünya çempionatında iştirak hüququ əldə etmək məqsədilə təşkil olunub.
Milli komandamız Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında bu mühüm yarışda ölkəmizi təmsil edir.
Hazırda seçim yarışları davam edir.
Azərbaycan idmançıları növbəti çıxışlarında da uğurlu nəticələr qazanmaq üçün mübarizəni davam etdirirlər.
Qeyd edək ki, dünya çempionatı 27-30 noyabr tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı