Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir
15 mart 2023 475
Bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub. Qitə birinciliyinə məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında tam heyətlə yollanan millimizin 4 üzvü fəxri kürsüyə qalxıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.
Toplamda 123 xal toplayan yığmamız komanda hesabında 4-cü yeri tutub. Millimiz ilk “3-lük”də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub.
Qeyd edək ki, millimiz bu yarışda 2 rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı