Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir
17 iyun 2022 1140
Yarışın 4-cü günündə qızlardan ibarət milli komandanın son 2 üzvü xalça üzərinə çıxıb.
Aysel Məmmədzadə ilk mərhələdə macar Kornelia Laşloya (0:4) məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz mübarizəni davam etdirib. Təsəlliverici görüşdə ispan Virciniya Lopes Portilyonu 6:0 hesabıyla üstələyən Aysel son qarşılaşmada norveçli Daniella Tara Beki üzərində "tuşe" qələbə qazanaraq Avropa çempionatının bürünc medalını əldə edib.
Digər güləşçimiz Jasmin Əsgərova (53 kq) serbiyalı Militsa Sekuloviçlə (0:5) bacarmayıb.
Beləliklə, komandamız Avropa çempionatını 1 dəst medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) isə gümüş medal qazanmışdı.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı