Rusiya idmançıları Paris Olimpiadasından imtina etdilər
07 iyul 2024 1448
Beynəlxalq Olimpiya Komitəsindən (BOK) dəvət alan Rusiya güləşçiləri Parisdə keçiriləcək Oyunlarda iştirak etməkdən imtina ediblər.
Bu barədə Rusiya İdman Güləşi Federasiyasından bildirilib.
Daha sonra RİGF-in mətbuat xidməti təşkilatın açıqlamasını dərc edib, sənəddə Rusiya idmançılarının Oyunlarda iştirak etməkdən imtina edildiyi təsdiq edilir.
Qərar təşkilatın icraiyyə komitəsi, komandaların məşqçilər korpusu və BOK-dan fərdi dəvət almış idmançılar tərəfindən qəbul edilib. Rusiya İdman Güləşi Federasiyasının İcraiyyə Komitəsi sərbəst, qadın və yunan-Roma güləşi üzrə Rusiya milli komandalarının məşqçilər heyəti və Olimpiya Oyunlarına dəvət almış idmançılarla geniş tərkibdə görüş keçirib.
Beynəlxalq Olimpiya Komitəsi 16 lisenziya qazanmasına baxmayaraq, 10 rus güləşçisini Olimpiadaya dəvət edib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı