"Sabah" basketbolçuları Azərbaycan Basketbol Liqasının finalında
09 may 2023 799
9 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "AAAF Xırdalan" və "Sabah" komandaları arasında yarımfinal seriyasının ikinci oyunu baş tutub. Gərgin mübarizə şəraitində davam edən oyunun yekununda "Sabah " basketbolçuları 83-77 hesablı qələbəyə seviniblər. Bu qələbə ilə "Sabah" yarımfinal seriyasını 2-0 hesabı ilə qazanaraq finala vəsiqəni təmin edib. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Deymon Makdouel - 34 xal, 4 ribaund), "Sabah BK" ( Entoni Patti - 25 xal, 7 ribaund)
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı
