Şahmatçılarımız Rumıniyaya yollanır
31 avqust 2023 1132
Sentyabrın 4-də Rumıniyanın Mamaya şəhərində yeniyetmə şahmatçıların Avropa Çempionatına start veriləcək. Mötəbər turnirdə 8, 10,12,14, 16 və 18 yaş kateqoriyalarında Avropan ın ən yaxşı şahmatçıları müəyyənləşəcək.
Qitə yarışında Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Rumıniyada 44 şahmatçımız medallar uğrunda mübarizə aparacaq. Heyətdə Azərbaycan birinciliyi və “Baku Open” turnirində fərqlənən şahmatçılar, perspektivli yeniyetmələr, Landau Məktəbində seçilən uşaqlar yer alıb.
Qeyd edək ki, şahmatçılarla birgə məşqçilər Fərid Abbasov, Raul Quliyev, Samir Cavadzadə və Fikrət Sideifzadə səfərə yollanacaq.
Yarış sentyabrın 15-də yekunlaşacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı