Sambo üzrə Avropa çempionatını Azərbaycan 3 medalla tamamlayıb
10 may 2024 1173
Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatını Azərbaycan 3 medalla tamamlayıb.
Azərbaycan Sambo Federasiyasından verilən xəbərə görə, bunlar 1 qızıl və 2 bürünc medaldır.
2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Xatırladaq ki, sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.
Həmçinin, Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.
Qeyd edək ki, yarış 11-12 mayda gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı