Seçmə komandamız Avropa çempionatında mübarizəyə qatılır
14 iyul 2023 1135
Yeniyetmə və gənc stolüstü tennisçilərimiz bu gün Polşanın Qliviçe şəhərində başlanan Avropa çempionatında mübarizə aparacaqlar. Gənclərin yarışında Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova etimadı doğrultmağa çalışacaq.
Yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova qitə sınaqlarında bacarığını göstərəcək.
Qeyd edək ki, seçmə komandamızın üzvləri məsul yarışa Çexiyada hazırlıq keçiblər. İdmançılarımız məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə iyulun 3-dən 13-dək sözügedən ölkənin Havirov şəhərində təlim-məşq toplanışında olublar.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı