Səid Mollayi nüfuzlu beynəlxalq mükafata layiq görülüb
18 iyun 2022 755
Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin növbəti Baş Assambleyası keçirilir. Tədbir çərçivəsində 17 iyunda adıçəkilən Komitənin təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimi keçirilib. Mükafatlandırma mərasimində Azərbaycanın böyüklərdən ibarət milli yığma komandasının üzvü Səid Mollayiyə olimpiya hərəkatının banisi Pyer de Kuberten adına təsis edilmiş “Dünya Ədalətli Oyun” mükafatı təqdim edilib.
Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin məqsədi ədalətli oyunların bütün dünyada müdafiəsi və təşviqidir. Ədalətli rəqabət, hörmət, dostluq, komanda ruhu, bərabərlik, həmrəylik, qayğıkeşlik, dözümlülük ədalətli oyunların təməlində duran dəyərlərdir. Mükafatlandırma mərasimi zamanı qeyd edilib ki, Səid Mollayi bu dəyərləri mənimsəməklə yanaşı, bütün karyerası boyu ədalətli oyun ruhunu nümayiş etdirən və tək cüdo üzrə deyil, bütün idman növləri üzrə idmançılara nümunə olan atletdir.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
.jpeg)