Sərbəst güləşçimiz Əliabbas Rzazadə Paris-2024-ə lisenziya qazandı
07 aprel 2024 1218
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Yarışda iştirak edən sərbəst güləşçimiz Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb. Pəhləvanımız həlledici görüşdə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova qalib gəlib. Avropa çempionumuz rəqibinə 4:3 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib.
Xatırladaq ki, idmançımız təsnifat mərhələsində italiyalı Simone Piroddu,yarımfinala isə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu məğlub edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı


