Sərbəst güləşçimiz Paris-2024-ün bürünc medalına sahib çıxdı
10 avqust 2024 999
Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti bürünc medalını qazanıb.
Bu uğura sərbəst güləş yarışlarında mübarizə aparan Giorgi Meşvildişvili (125 kq) nail olub.
1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə məğlub olub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Baranla qarşılaşıb. Görüşü 9:3 hesablı qələbə ilə başa vuran Giorgi Meşvildişvili Olimpiya komandamıza 6-cı medalı qazandırıb.
Xatırladaq ki, daha əvvəl komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) və boksçumuz Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına sabah yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı






