"Sevincimi ilk növbədə ailəmlə bölüşdüm" - Məhəmməd Abdullayev
09 iyul 2021 996

"Tokio olimpiadasına lisenziya qazandığım üçün çox sevindim. Sevincimi ilk növbədə ailəmlə bölüşdüm".
Bu fikirləri Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançı pandemiyanın hazırlıq prosesinə mənfi təsir etdiyini bildirib: "Uzun müddət yarışlara çıxa bilmədik. Məşqlərimiz olmadı. Yenə də özümüzü toparladıq və olimpiadaya lisenziya əldə etdik".
Abdullayev idmandakı kumirlərini də açıqlayıb: "Bu, həm məşqçim, həm də əmim olan Etibar Abdullayevdir. Onun üslubunu hər zaman bəyənmişəm. Dünyada isə ukraynalı Aleksandr Usikin döyüş stili və cəldliyi hər zaman xoşuma gəlib. Məşqlərini izləmişəm. Bu iki şəxs mənim kumirimdir".
Boksçu "Öz çəkində əsas rəqibin kimdir" sualına bu cür cavab verib: "Rəqiblərin hamısı əsasdır. Çünki olimpiadaya zəif boksçu gəlmir. Güclü idmançıdır ki, lisenziya qazanıb".
Qeyd edək ki, pandemiya səbəbindən bu ilə təxirə salınan Tokio-2020 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.
Bənzər xəbərlər
Prezident Olimpiya mükafatçılarını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi ... Ətraflı

Hacı Əliyev: "Bu, hamımızın zəfəridir"
"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox ... Ətraflı