"Sevinirəm ki, gözəl şəhərimiz Xankəndiyə qayıtmışıq"
29 fevral 2024 1077
Xəbər verdiyimiz kimi, bu gün Xankəndi-Bakı ultra marafonuna start verilib.
Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndi şəhərində jurnalistlərə müsahibə verib. O, ultra marafon yarışının əhəmiyyətli bir hadisə olduğunu diqqətə çatdırıb.
"Bu gün çox gözəl və əlamətdar bir hadisə baş verdi. Ultra marafonçular bu gün tarixi torpaqlarımızdan üzü Bakıya doğru qaçış yarışında iştirak edirlər. Sevinirəm ki, bu gözəl şəhərimiz Xankəndiyə qayıtmışıq. Siz özünüz də bilirsiniz ki, mən əslən kəlbəcərliyəm. Düz otuz il bundan qabaq öz doğma yurdumuzdan ayrı düşmüşdük. Bu günü bizə bəxş edən Ali Baş Komandanımıza və rəşadətli Ordumuza minnətdarlığımı bildirirəm. Məhz bu birliyin sayəsində biz tarixi torpaqlarımıza qovuşmuşuq. Mən hesab edirəm ki, hər bir azərbaycanlı üçün bundan gözəl heçnə ola bilməz", - deyə Cavid Qurbanov bildirib.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı