Xəbərlər

“Shuttle Time Azerbaijan” dünyanın ən yaxşı badminton layihələri sırasında!

06 aprel 2023 398

Dünya Badminton Federasiyası tərəfindən “Shuttle Time Best Practice” adlı məlumat kitabçası hazırlanıb. Kitabçada badmintonun təbliğatını məqsədilə icra olunan “Shuttle Time” proqramı çərçivəsində həyata keçirilən ən yaxşı layihələr haqqında məlumat verilib. Sevindirici haldır ki, ən yaxşı təcrübələr sırasında Azərbaycan Badminton Federasiyası tərəfindən həyata keçirilən “Shuttle Time Azerbaijan” layihəsi də yer alıb. Sözügedən kitabça onlayn daxili kommunikasiya sistemi vasitəsilə Dünya Badminton Federasiyasının üzvü olan 140 ölkəyə göndərilib, eləcə də proqramın rəsmi səhifəsində yerləşdirilib.

Xatırladaq ki, “Shuttle Time Azerbaijan” layihəsi 2020-ci ildən həyata keçirilir. Layihə  Bakı, Sumqayıt, Qusar, Şamaxı, Sabirabad, Lənkəran, Qax, Gəncə, Tovuz və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərini əhatə edib. Layihədə 1000-dən çox məktəbli və 400-dən çox idman müəllimi iştirak edib. Layihə çərçivəsində məktəblilərə badminton ləvazimatları hədiyyə olunub.