Sıralama turunun qalibi: Bakının çətin trek olduğunu etiraf etməliyəm
14 sentyabr 2024 829
"Bakının çətin trek olduğunu etiraf etməliyəm. Döngələri çox olan trekdə ehtiyatlı davranmaq lazımdır".
Bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda birinci olan "Ferrari" komandasının pilotu Şarl Lekler mətbuat konfransında deyib.
Monakolu sürücü nəticəyə görə çox xoşbəxt olduğunu bildirib: "Risklər aldım. Bunu etməli idim, çünki qələbə asan əldə olunmur. Bolidi idarə edərkən balansı qorudum. Komandamızın digər üzvü də Karlos Sayns da ilk "üçlük"də yer aldı. Yaxşı hazırlaşmaq nəticə verir. Yarışdan öncə ünsiyyətdə olduq. Bir-birimizə dəstəyimizi ifadə etdik".
O, qazandığı uğurların sirrini də açıqlayıb: "Bəzən yarış öncəsi yaxşı əhvali-ruhiyyədə olmaq üçün nələrəsə ehtiyac duyursan. Mən musiqi dinləyərək motivasiyamı yüksəkdə saxlayıram”, - deyə 26 yaşlı pilot əlavə edib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı