Skopye-2025: Badmintonçularımız qarışıq cütlərdə mübarizəni dayandırdı
24 iyul 2025 - 12:08 675
Bu gün Skopye-2025 çərçivəsində keçirilən badminton üzrə qarışıq cütlərin yarışına start verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, yarışda Azərbaycan idmançıları da təmsil olunurlar. 1/32 finalda mübarizəyə başlayan Əli Gözəlov/Viktoriya Kumanyayevadan ibarət cütlüyümüz İsveçrəni təmsil edən Arauxo/Putri cütlüyü ilə qarşılaşıb. Nevana Georgieva - Dunya adına ibtidai məktəbində keçirilən yarış rəqib komandanın 2:0 (5:21, 13:21) hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da badmintonçularımız festivalda qarışıq cütlərdə mübarizəni dayandırıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı