Skopye-2025: Cüdoçumuzdan uğurlu başlanğıc
24 iyul 2025 - 11:46 644
Skopye 2025 çərçivəsində keçirilən cüdo yarışları davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu gün daha bir idmançımız tatami üzərinə çıxıb.
Mübarizəyə 1/8 finaldan başlayan Amin Mehdiyev (-81 kq) Şimali Makedoniya təmsilçisi Nikola Petrova ipponla qalib gəlib.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan digər cüdoçularımızdan Səmayə Yusifli (-57 kq) və Ayan Əliyeva (-63 kq) ilk görüşdə məğlub olublar.

