Xəbərlər

Skopye-2025: ikinci yarış gününün gündəliyi

22 iyul 2025 - 08:06 231

Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci yarış gününə start veriləcək.

 

Yarışların ikinci günündə Azərbaycan idmançıları 7 (cüdo, üzgüçülük, badminton, idman gimnastikası, şose velosipedi, stolüstü tennis, güllə atıcılığı) idman növündə mübarizə aparacaqlar. Fərdi yarışlarda qüvvəsini sınayacaq 19 idmançımızla yanaşı, üzgüçülük proqramında qarışıq 4x100 m sərbəst üsulla estafet üzrə (iki oğlan və iki qızdan ibarət) komandamız da mübarizə aparacaq.

 

Bu gün yarışlar təkcə paytaxt Skopyedə deyil, eyni zamanda Şimali Makedoniyanın Kumanovo və Xorvatiyanın Osiek şəhərlərində də təşkil oluncaq. Kumanovodo şose velosipedi, Osiekdə isə idman gimnastikası yarışlarına start veriləcək.

 

İdmançılarımızın Bakı vaxtı ilə bu günkü yarış proqramını təqdim edirik:

 

22 iyul

 

11:00. Güllə atıcılığı (qızlar, fərdi), I mərhələ

 

İdmançı: Leyli Əliyeva (pnevmatik tapança,10 m)

 

Məkan: “Partizan” idman zalı

 

11:30. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, I qrup

 

İdmançı: Ramal Sadıqlı (100 m sərbəst üsul)

 

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

11:50. Badminton (oğlanlar, fərdi), G qrupu, III oyun

 

İdmançı: Alessio Katalfamo (İtaliya) - Əli Gözəlov (Azərbaycan)

 

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb

 

12:00. Badminton (qızlar, fərdi), G qrupu, II oyun

 

İdmançı: Viktoriya Kumanyayeva (Azərbaycan) - Ştepanka Nıdrlova (Çexiya)

 

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb

 

12:00. Şose velosipedi (qızlar, fərdi), final mərhələsi

 

İdmançı: Leyla Həşimova

 

İdmançı: Sevinc Sultanzadə

 

İdmançı: Məryəm Hüseynova

 

Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı

 

12:30. Güllə atıcılığı, (oğlanlar fərdi), final, I mərhələ

 

İdmançı: Oleq Kerjankin (pnevmatik tapança,10 m)

 

Məkan: “Partizan” idman zalı

 

12:47. Üzgüçülük (Qarışıq 4x100 m sərbəst üsulla estafet), təsnifat mərhələsi, II qrup

 

İdmançılar: Vlastilina Xasyanova, Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı, Ramal Sadıqlı

 

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

12:50. Stolüstü tennis (qızlar, fərdi), seçmə mərhələ, 5-ci qrup, 1-ci tur

 

İdmançı: Maya Van­yo (Serbiya) - Şəbnəm Mansurova (Azərbaycan)

 

Məkan: “Partizan” idman zalı

 

12:55. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, II təsnifat yarışı

 

İdmançı: Amin Oruclu (1500 m sərbəst üsul)

 

İdmançı: Fərhad Şirməmmədli (1500 m sərbəst üsul)

 

Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi

 

14:00. Şose velosipedi (oğlanlar, fərdi), final mərhələsi

 

İdmançı: Çingiz İsayev

 

İdmançı: Nihad Xudoyev

 

İdmançı: Asiman Qasımov

 

Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı

 

14:35. Cüdo, (oğlanlar), -50 kq, 1/4 final

 

İdmançı: Rza Xəlilli (Azərbaycan) - Angel Radevski (Şimali Makedoniya)

 

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

14:50. Stolüstü tennis (oğlanlar, fərdi), seçmə mərhələ, II qrup, I tur

 

İdmançı: Peadar Şeridan (İrlandiya) - Uğur Nəzərli (Azərbaycan)

 

Məkan: “Partizan” idman zalı

 

15:05. Cüdo, (oğlanlar), -55 kq, 1/8 final

 

İdmançı: Rəsul Əlizadə (Azərbaycan) - Nikita Tataryin (Ukrayna) - Riad Kasapi (Kosovo) görüşünün qalibi ilə görüşəcək

 

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

15:40. Cüdo, (qızlar), -44 kq, 1/4 final

 

İdmançı: Gülşən Hüseynova (Azərbaycan) - Sara Coni (Böyük Britaniya) - Laura-Sofi Kunyik (Avstriya) görüşünün qalibi ilə görüşəcək

 

Məkan: Yan Sandanski İdman Mərkəzi

 

16:30. Badminton (oğlanlar, fərdi), G qrupu, IV oyun

 

İdmançı: Pantelis Vasiliou (Kipr) - Əli Gözəlov (Azərbaycan)

 

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb

 

17:00. Badminton (qızlar, fərdi), G qrupu, III oyun

 

İdmançı: Viktoriya Kumanyayeva (Azərbaycan) - Cill Laur Felten (Lüksemburq)

 

Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb

 

18:45. İdman gimnastikası (oğlanlar, fərdi)

 

İdmançı: Rafael Həsənov (çoxnövçülük)

 

Məkan: “Qradski Vrt” yarış zalı (Osiek, Xorvatiya)

 

19:30. Stolüstü tennis (qızlar, fərdi), seçmə mərhələ, V qrup, II tur

 

İdmançı: Şəbnəm Mansurova (Azərbaycan) - Styliani Mavromataki (Yunanıstan)

 

Məkan: “Partizan” idman zalı

 

21:00. Badminton (qızlar, fərdi), G qrupu, IV oyun

 

İdmançı: Varvara Poperezay (Ukrayna) - Viktoriya Kumanyayeva (Azərbaycan)

 

Məkan: Nevana Georgieva - Dünya adına ibtidai məktəb

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti