Skopye-2025: Taekvondoçumuz bürünc medalı təmin edib
25 iyul 2025 - 20:23 501
Skopye-2025 çərçivəsində keçirilən taekvondo yarışları davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, taekvondoçumuz 1/4 final mərhələsində növbəti görüşünü keçirib.
Təmsilçimiz Yunis Hüseynov (73 kq) fransalı Eravan Quilletlə qalib gələrək yarımfinala yüksəlib. O, ən azı bürünc medalı təmin edib.
Yarımfinalda türkiyəli Buqra Coskunkönül ilə qarşılaşacaq.
Bənzər xəbərlər
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi başlayıb
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının açılış ... Ətraflı
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı