Skopye-2025: Uduzan cüdoçularımızın medal şansı hələ də qalır
24 iyul 2025 - 11:42 608
Skopye-2025 çərçivəsində Yan Sandanski İdman arenasında keçirilən cüdo yarışlarında üçüncü günün görüşlərinə start verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün ilk görüşlərini qələbəsiz başa vurublar. Belə ki, -57 kq çəki dərəcəsində mübarizə aparan Səmayə Yusifli ilk görüşündə fransalı rəqibi Konstansa Dos Reisə uduzub.
Fesivalın cüdo yarışlarında -63 kq çəki dərəcəsinə ölkəmizi təmsil edən Ayan Yusifli də yarışa məğlubiyyətlə başlayıb. O, macarıstanlı Culiya Pinter səddini keçə bilməyib. Lakin buna baxmayaraq, hər iki cüdoçumuzun bürünc medal qazanmaq şansı hələ də qalır. Bunun üçün onların uduzduqları rəqibləri finala qədər irəliləməli, cüdoçularımız isə təsəlliverici görüşdə qalib gəlməlidirlər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı