Stend və güllə atıcılığı idman növü üzrə Azərbaycan Kuboku start götürüb
03 aprel 2024 1710
3 aprel tarixində stend və güllə atıcılığı idman növü üzrə Azərbaycan Kubokunun ilk rəsmi yarış günü başlayır.
Bakı Atıcılıq Kompleksində keçirilən yarışda Azərbaycan Respublikasında fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətlərini təmsil edən 50-dən çox atlet öz gücünü sınayacaq.
Kişilər, qadınlar, oğlanlar, qızlar arasısnda stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi yarışlar, qarışıq komanda yarışları, güllə atıcılığı üzrə kişilər, qadınlar, oğlanlar, qızlar arasında 25m tapança, 50m tapança 10m pnevmatik tapança / tüfəng və 10m pnevmatik tapança / tüfəng qarışıq komanda yarışları üzrə qaliblər müəyyənləşəcək. Qeyd edək ki, yarışlar 6 aprel tarixinədək davam edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı