Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
04 aprel 2024 1171
Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək.
“Şüa” idman kompleksində təşkil olunacaq yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar.
4 gün davam edəcək yarışda fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı