Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib
27 iyun 2024 1562
İyunun 27-dən 29-dək stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstərəcəklər. Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. İştirakçılar şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı