Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarının bürünc mukafatını qazanıblar
10 noyabr 2025 - 15:40 474
Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçuncü yeri tutublar.
Komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün yarımfinalda Misir seçməsi ilə qarşılaşıb. Görüş 8-5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə stolüstü tennisçilərimiz komanda yarışlarını bürünc mukafatla başa vurublar.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı
