Stolüstü tennisçilər Xorvatiyaya yollanıblar
25 aprel 2023 776
Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Söhbət Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirindən gedir.
Aprelin 26-dan 30-dək Xorvatiyanın Osiyek şəhərində keçiriləcək yarışda 4 idmançımız bacarığını göstərəcək. Məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov Xorvatiyaya yola düşüb. İdmançılarımız Osiyek sınaqlarında həm şəxsi, həm komanda, həm də qoşa turnirdə mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı