Stolüstü tennisçilərin Riqa sınağı
26 oktyabr 2023 1462
Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılacaqlar. Oktyabrın 27-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Riga City Council's Youth Cup” turnirində 11 idmançı bacarığını göstərəcək.
Seçmə komandanın məşqçiləri Fərhad İsmayılov, Ramil Cəfərov və Zakir Cavadovun rəhbərliyi ilə qızlardan Arzu Aslanova, Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Banu Baytallı, Xədicə Eylazova,
oğlanlardan isə Hüseyn Eylazov, Rüstəm Hacılı, Tunar Bağırov, Şakir Qədirov və Adil Əhmədzadə qələbə uğrunda mübarizə aparacaq. Qeyd edək ki, beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı