Stolüstü tennisçimiz festivalda növbəti görüşünü keçirib
23 iyul 2025 - 10:23 632
Şimali Makedoniyada XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən stolüstü tennis yarışları davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu gün komandamızın üzvü Uğur Nəzərli festivalda növbəti görüşünə çıxıb. Serbiyalı David Kalanda ilə qarşılaşan idmançımız rəqibinə 3:0 (11:8, 11:7, 11:7) hesabı ilə məğlub olub.
Qeyd edək ki, Uğur Nəzərli bu gün saat 16:10-da növbəti görüşünü keçirəcək. Rəqib rumıniyalı Robert İstrate olacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı