Sumqayıtın məşhur güləş zalı əsaslı təmir edilib
21 fevral 2024 1219
Sumqayıt şəhərində yerləşən “Alüminiumçu” İdman Evi əsaslı təmir edilib.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, bərpa prosesi 2023-cü ilin iyun ayından başlayıb.
Güləş mərkəzində idman zalı, məşqçi otaqları və sanitar qovşaq təmir olunub. Eyni zamanda, arenada müasir standartlara cavab verən 2 dəst güləş xalçası yerləşdirilib. Beləliklə, “Alüminiumçu” İdman Evində yüksək səviyyədə təlim-məşq proseslərinin keçirilməsi üçün lazımi şərait yaradılıb.
Güləş mərkəzinin əsaslı təmirindən sonra burada ilk məşq prosesi də baş tutub.
Qeyd edək ki, “Alüminiumçu” İdman Evində Rövşən Hacıyev, Kənan Quliyev, Emin Bəşirov, Ruslan Eminov, Seymur Qasımov, Nurəddin Rəcəbov, Hüsaməddin Rəcəbov, Elnur Aslanov, Arif Mehdiyev, Ümid Məmmədov, Etibar Qurbanov, Nofəl Babayev, Ceyhun Əliyev, Hüseyn Abbasov, İslam Abbasov və Murad Məmmədov kimi Avropa və dünya arenalarında medallar qazanmış güləşçilər yetişib və yetişməkdədir.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı