Super Liqanın iki oyunu təxirə salındı
21 fevral 2022 1522
Azərbaycan Super Liqasında çıxış edən “Azərreyl” və UNEC voleybol komandaları Voleybol Federasiyasına müraciət ünvanlayıblar.
Bildirilib ki, hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb və həkim məsləhətinə görə bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar: “Bunu nəzərə alaraq, Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov başqa tarixə dəyişdirilsin”.
Bu müraciət əsasında Azərbaycan Super Liqasının VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı