Taekvondoçularımız III MDB Oyunlarına 11 medalla başladılar
29 sentyabr 2025 - 18:30 551
Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.
İlk yarış günündə taekvondo millimizin 11 üzvü mükafatçılar sırasında yer alıb. Belə ki, təmsilçilərimiz uğurla çıxış edərək 3 qızıl, 2 gümüş və 6 bürünc medala qazanıblar. Komandamızın heyətində Ziya Həsənli 63 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək ölkəmizin III MDB Oyunlarında ilk qızıl medalının müəllifi olub. Digər qızıl medallara isə Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) sahib çıxıb. Komandamızın heyətində gümüş medallara isə Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) layiq görülüblər. Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq), Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi - 87 kq) və Nərgiz Kazimova (62 kq) isə bürünc medallara yiyələniblər.
Qeyd edək ki, taekvondo yarışlarına sabah yekun vurulacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı