Taekvondoçumuz İslamiadada bürünc medal qazanıb
09 avqust 2022 909

Taekvondo üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarda mübarizəyə başlayıb. Yarışın ilk günü komandamız üçün uğurlu alınıb.
Millimizin taekvondoçusu Qaşım Maqomedov İslamiadada çıxışını bürünc medalla başa vurub. Belə ki, 58 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz startda Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. O, ikinci qarşılaşmasında pakistanlı Xan Harunla üz-üzə gəlib. Gərgin keçən döyüşdə Q.Maqomedov 2:1 hesabı ilə qələbə qazanıb.
Yarımfinalda İran idmançısı Lotfi Hosseinlə qarşılaşan təmsilçimiz məğlub olaraq, bürünc medalla kifayətlənib. Bu, taekvondo komandamızın aktivinə yazılan ilk mükafat olub.
Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq) dörddəbir, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə səkkizdəbir finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, İslamiadada taekvondo yarışları dörd gün keçiriləcək və avqustun 12-də başa çatacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı