Tanınmış mütəxəssis, Əməkdar məşqçi vəfat edib
22 fevral 2024 709
Tanınmış mütəxəssis, Əməkdar məşqçi Qubad Cəbrayılov vəfat edib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, mütəxəssis 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qubad Cəbrayılov karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, yığma komandanın üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib.
1996-cı ildə ona Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2011-ci ildə isə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi adları verilib.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı