“Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması milli komandamızı ruhdan salmamalıdır.” Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
25 mart 2020 1063

Beynəlxalq Olimpiya Komitəsi koronavirus pandemiyası səbəbi ilə Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi haqda qərar qəbul etdi.
BOK-un bu qərarını şərh edən, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi milli komandamızı ruhdan salmamalıdır.
“Təbii ki, vacib olan atletlərimizin sağlamlığıdır. İdmançılarımızın oyunlarda iştirak əzminin yüksək olduğu bir şəraitdə BOK-un bu qərarı verməsi onların ruh yüksəkliyinə və hazırlıqları daha böyük inamla davam etdirmələrinə mane olmaycaq. İndi gələcəyə, irəliyə doğru baxmaq lazımdır. Azərbaycan dövləti, bütün dünya ölkələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə aparır və əminəm ki, bu fədakar mübarizədə bəşəriyyət qalib gələcəkdir.”
MOK vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, Milli Olimpiya Komitəsi Azərbycan Respublikası Prezidentinin rəhbərliyi altında koronovirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan fəaliyyəti dəstəkləyir və MOK öz işini reallaşdırılan bu fəaliyyətin məcrasında davam etdirməyi planlaşdırır.
MOK rəsmisi xüsusi olaraq qeyd edib ki, atletlərimizin sağlamlığını prioritet məsələ kimi əsas götürərək idmanançıların hazırlıq səviyyəsinin yüksəldilməsi, Azərbaycanda sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanla məşğul olmağın əhəmiyyəti və olimpiya hərəkatının təbliği, olimpiya lisenziyalarının sayının artırılması istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik.
“Güman edirəm ki, insanlığın koronavirus pandemiyası ilə mübarizəsi qarşıdakı həftələr ərzində öz müsbət nəticələrini verəcək, tezliklə həyat özünün normal axarına dönəcəkdir.” sözləri ilə MOK vitse-prezidenti Çingiz Hüseynzadə fikrini tamamlayıb.

Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı