“Toyota” BOK-la yeni müqavilə imzalamayacaq
29 may 2024 1071
“Toyota Motor” Korporasiyası olimpiadaya sponsorluqdan imtina etmək qərarına gəlib. Görünür, şirkət Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə müqaviləni yeniləməyəcək.
“Toyota Motor” Korporasiyası ilə BOK arasında hazırkı müqavilə 2015-ci ildə bağlanıb və 2024-cü ilə qədər qüvvədədir. “Kyodo” agentliyinin məlumatına görə, müqavilənin ümumi dəyəri 100 milyard yendən artıqdır (təxminən 640 milyon dollar). Bildirilir ki, “Toyota Motor” şirkəti Paris Olimpiadasının təşkilatçılarına 3 mindən çox avtomobil təqdim edib. Şirkətin sponsorluqdan çıxmaq qərarı korporasiyanın ayrılan vəsaitdən istifadənin səmərəliliyindən narazılığı ilə bağlıdır.
Məlumat üçün bildirək ki, “Coca-Cola” və “Procter & Gamble” kimi on beş korporasiya Olimpiya Oyunlarının əsas sponsorları olmaqda davam edir. Yaponiya, “Toyota Motor”dan başqa, elektrik mühəndisliyi şirkəti “Panasonic” və şin istehsalçısı “Bridgestone” ilə təmsil olunur.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı