«Toyota» rəhbəri verdiyi qərarla bağlı açıqlama verib
09 oktyabr 2024 1090
«Toyota» avtomobil korporasiyasının prezidenti Akio Toyoda şirkətin Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə əməkdaşlığa son qoyması barəsində açıqlama verib.
“Mən bir müddətdir ki, Olimpiya Oyunları zamanı idmançılara qarşı münasibətə diqqət yetirirəm. Oyunlar getdikcə siyasiləşir. Mənim üçün Olimpiada sadəcə olaraq milli mənsubiyyətindən və sosial mənşəyindən asılı olmayaraq idmançıların çıxışı üçün bir fürsətdir”, - deyə “Japan Times” qəzeti Toyodadan sitat gətirib.
Məlumat üçün bidirək ki, «Toyota» şirkəti 2015-ci ildə BOK ilə 10 illik sponsorluq müqaviləsi bağlayıb. Şirkət Paris-2024 Yay Olimpiya Oyunları başa çatdıqdan sonra müqaviləyə xitam verildiyini elan edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı