Triatlon üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib
04 sentyabr 2023 1055
Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə baş tutan triatlon üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib.
Kür çayının sahilində reallaşan yarışın ardından qaliblər mükafatlarını alıblar. Onlara medalları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi şəxslər təqdim ediblər.
Qeyd edək ki, 10-13 yaşlı oğlanlarda Nihad Quliyev, qızlarda Zəhra Cavadzadə, 14-17 yaşlı oğlanlarda Əli Rzazadə, qızlarda Radha Şabanova, 18 yaşdan yuxarı kişilərdə Toğrul Məmmədli, qadınlarda Kseniya Voronina ölkə çempionu olublar.
Qadınların komanda yarışında Aysel Səfərova, Svetlana Yevkina, Lalə Əzizova, kişilərdə isə Musa Mikayılzadə, Cəfər Məmmədov və Cəlal Süleymanov birinci yeri tutublar.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı

