"Türkdilli Dövlətlərin Xizək Kuboku" həvəskarlar arasında keçiriləcək
13 yanvar 2025 1046
"Türkdilli Dövlətlərin Xizək Kuboku" həvəskarlar arasında keçiriləcək.
Bunu Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının baş katibi Orxan Bədəlov deyib.
Qurum rəsmisi fevralda Özbəkistanda keçiriləcək "Türkdilli Dövlətlərin Xizək Kuboku"na hazırlıqla bağlı fikirlərini bölüşüb:
"Yarış Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı tərəfindən təşkil olunacaq. İttifaqa Azərbaycanın "Şahdağ", Özbəkistanın "Amirsoy", Qazaxıstanın "Şimbuldak" və Türkiyənin "Uludağ" kurortları daxildir. İttifaq bu ilin sentyabrında yaradılıb, hələlik tərkibində 4 ölkə yer alır. Gələcəkdə qurumun genişləndirilməsi yönündə addımlar atılacaq. Xizək Alpinizmi üzrə Dünya Kuboku zamanı Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Şahdağa rəsmi qonaq qismində dəvət edilmişdi. Həvəskarlar arasında ilk dəfə qadınlar və kişilər arasında Türkdilli Dövlətlərin Xizək Kubokunu keçirəcəyik”.
O, yarış üçün açıq qeydiyyat sistemi yaradılacağını vurğulayıb:
“Yarışı keçirən ölkə tərəfindən vahid açıq qeydiyyat sistemi yaradılacaq. Müəyyənləşdirilən tarixə qədər iştirakçılar müraciət edəcəklər. Amma müəyyən kriteriyalar olacaq. Məsələn, ən azı 5-6 il bu idman növü ilə daim məşğul olanlara üstünlük veriləcək. Peşəkar idmançılar qəbul olunmayacaq. Çünki yarış ilk dəfə keçiriləcək. Gələcəkdə növbəti addımlar haqqında düşünəcəyik”.
Qeyd edək ki, yanvarın 10-13-də "Şahdağ" Turizm Mərkəzində xizək alpinizmi üzrə Dünya Kuboku baş tutub. "Türkdilli Dövlətlərin Xizək Kuboku" isə fevralın 17-dən 20-nə qədər Özbəkistanın "Amirsoy" dağ kurortunda keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı