Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb
17 avqust 2022 1207
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinin xəbərinə görə, dünya çempionu, XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.
Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.
Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı

