U-21 gənclər arasında Bakı şəhər birinciliyi start götürdü
12 yanvar 2023 1375
12-13 yanvarda Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 21 yaşa qədər gənclər arasında Bakı birinciliyi təşkil olunur.
İki gün davam edəcək yarışda Bakının 30 müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından ümumilikdə 166 idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaq.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 16 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Turnir 22-24 fevralda keçiriləcək 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.
Bənzər xəbərlər
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirildi
Martın 14-də "Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. ... Ətraflı
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış ... Ətraflı

