Üçüncü Avropa Oyunları: Atletika üzrə Azərbaycan millisi qrup birincisi olub
21 iyun 2023 932
Polşada keçirilən üçüncü Avropa Oyunlarının atletika yarışlarında Azərbaycan yığması qrup birincisi olub.
Üçüncü divizionda yer alan millimiz kişilərin 4x100 metr məsafəyə estafet yarışında mübarizə aparıb.
Aleksey Əliəkbərov, Əli Abdıyev, Qədir Qurbanov və Kəsgin Abbaszadədən ibarət komandamız məsafəni 42,63 saniyəyə qət edərək B qrupunda birinci olub.
Yığmamız mövsümdə özünün ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, üçüncü Avropa Oyunları çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yarışda yığmalar üç divizionda mübarizə aparırlar.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı