Üçüncü Dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verilib
08 iyul 2024 1313
Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) Ədalətli Oyunlar Komissiyası üçüncü Dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verib.
Müsabiqə üçün şəkillər 2024-cü il dekabrın 31-dək qəbul ediləcək. Müsabiqədə həvəskar və peşəkar fotoqraflar “Ədalətli Oyun” mövzusunda fotolarını təqdim etməlidirlər. Əvvəllər nəşr olunan və ya nümayiş etdirilən, müsabiqəyə verilən fotoşəkillər qəbul olunmayacaq.
Təqdim olunan fotolar iştirakçının özünə aid olmalıdır. Tamamilə və ya qismən digər mənbələrdən olan şəkillərin istifadəsi zamanı müəllif hüquqlarının pozulması halları ilə əlaqədar hüquqi məsələlər üzrə məsuliyyəti iştirakçı daşıyacaq.
Şəkil müsabiqəyə təqdim edilərkən iştirakçı və ya təmsil etdiyi qurum barədə məlumat (ad soyad, telefon və e-mail) qeyd olunmalıdır.
Qaliblər 2025-ci il fevralın 16-da Türkiyə Olimpiya Komitəsinin rəsmi saytı vasitəsilə (www.olimpiyat.org) elan olunacaq.
İlk 5 yerin sahibləri “Ədalətli Oyunlar” lövhəsi, iştirak sertifikatı və pul mükafatı ilə təltif ediləcəklər. Bundan başqa, münsiflər heyəti tərəfindən təyin ediləcək 30 şəkil TOK 3-cü Dünya "Ədalətli Oyunlar" fotomüsabiqəsinin albomunda dərc olunacaq.
Fotolar dekabrın 31-dək müsabiqə katibliyinin e-mail ünvanına ([email protected]) təqdim edilməlidir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı