UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilir
06 mart 2025 439
Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Mərhələnin ilk oyunları çərçivəsində 8 qarşılaşma təşkil olunacaq. İngiltərənin “Çelsi” klubu Danimarka səfərində “Kopenhagen”lə qarşılaşacaq. İspaniyanın "Betis" klubu isə doöma meydanda “Vitoriya”nı qəbul edəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
6 mart
21:45. “Betis” (İspaniya) - “Vitoriya” (Portuqaliya)
21:45. “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya)
21:45. “Molde” (Norveç) - “Legiya” (Polşa)
21:45. “Kopenhagen” (Danimarka) - “Çelsi” (İngiltərə)
00:00. “Yagelloniya” (Polşa) - “Serkl Brügge” (Belçika)
00:00. “Sele” (Sloveniya) - “Luqano” (İsveçrə)
00:00. “Borats” (Bosniya və Herseqovina) - “Rapid” (Avstriya)
00:00. “Pafos” (Yunanıstan) - “Yurqorden” (İsveç)
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı