Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş veloyürüş keçirilib
22 aprel 2023 837
Aprelin 23-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçirilib.
30 nəfərdən çox Vətən müharibəsi iştirakçıları və qazilərin qatıldığı veloyürüşə Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Dəniz Mall” ticarət və əyləncə mərkəzinin yaxınlığından start verilib.
İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vurublar.
Qeyd edək ki, veloyürüşün keçirilməsində məqsəd hər zaman idmana və sağlam həyat tərzinə xüsusi önəm vermiş Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək və sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaqdır.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı