“Uşağın sehrli dünyası” adlı Yeni il şousu keçirilib
13 yanvar 2025 553
Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” Klubunun təşkilatçılığı ilə “Uşağın sehrli dünyası” adlı Yeni il şousu keçirilib.
Əvvəlcə Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Ocaq Sport” Klubunun peşəkar idmançıları bədii gimnastika, aerobika və akrobatika gimnastikası üzrə maraqlı çıxışlar nümayiş etdiriblər. Milli və xarici musiqilərlə hazırlanmış rəqslər şənliyə xüsusi rəng qatıb.
Şou hər yaşdan tamaşaçıya Yeni ilin sehrini hiss etdirərək unudulmaz anlar yaşadıb. Uşaqlar heyrətamiz nağıl dünyasına səyahət etmək imkanı əldə ediblər. Yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşərək onları mahnılar, rəqslər, oyunlar və yeni il zarafatları ilə sevindirib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, həmçinin təyyarə qəzasında həlak olduqdan sonra "Milli Qəhrəman” adına layiq görülmüş pilot İqor Kşnyakinin ailə üzvləri də iştirak ediblər.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı

