Üzgüçülük Federasiyasının yeni baş katibi təyin olundu
03 may 2023 1308
Azərbaycan Üzgüçülük Federasiyasında rəhbərlikdə dəyişiklik olub. Mətbuat xidmətindən verilən məlumata görə federasiyanın baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib. Bu posta Həsənov Fəxri Şaiq oğlu təyin olunub.
Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən Həsənov bu vəzifəyə qədər Avto Lizinq Azərbaycan MMC-də çalışıb.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı