Velosipedçilərimiz V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə uğurla başlayıblar
05 avqust 2022 656
Avqustun 5-də velosiped üzrə Azərbaycanın Elit/U23 yığma komandasının üzvləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıblar. İlk olaraq qadın velosipedçilərimizdən Viktoriya Sidorenko və Ayan Xankişiyeva, kişi velosipedçilərimizdən isə Musa Mikayılzadə və Nəcəf Bağırov trek velosipedinin skretç növü üzrə yarışlara qatılıblar.
Konya Velodromunda keçirilən yarışlarda 14 qadın velosipedçi 10 km, 19 kişi velosipedçi isə 15 km məsafədə mübarizə aparıblar.
Yarışda əzmkar mübarizə aparan idmançımız Ayan Xankişiyeva 4-cü, Viktoriya Sidorenko 13-cü, Musa Mikayılzadə isə 14-cü yerdə qərarlaşıblar.
Nəzərinizə çatdıraq ki, N.Bağırov finişə 1 dövrə qalmış yıxılaraq zədələndiyi üçün mübarizəni sona çatdıra bilməyib.
Qeyd edək ki, avqustun 9-da rəsmi açılışı olacaq Oyunlarda baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qəhrəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.
İdmançılarımız həm trek, həm də şose növlərində yarışırlar.
56 ölkədən 4200 idmançının qatıldığı V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi avqustun 18-də baş tutacaq.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı